
NAFTALAN, 9 aprel. TELEQRAF
Naftalan müalicəvi sanatoriyalarına axın ilbəil artır.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, bu ilin birinci rübü ərzində Naftalana müalicə məqsədilə 6432 nəfər turist səfər edib.
Buraya üz tutanlardan 2367 nəfəri xarici turistlərdir.
Müalicəvi nefti ilə min bir dərdə dərman olan Naftalan kurort şəhəri olaraq dinamik şəkildə dəyişən siması və xidmət potensialı ilə günbəgün dünyanın ən cəlbedici müalicə turizm məkanlarından birinə çevrilir.
Qeyd edək ki, ötən il Naftalana 44801 nəfər turist səfər edib. Onlardan 15 min 864 nəfəri 47 xarici ölkənin vətəndaşları olub.