BAKI, 9 aprel. TELEQRAF
Bu ilin aprelin 1-nə olan göstəriciyə görə, bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 866 min 821 təşkil edib.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu rəqəm 2019-cu ilin əvvəli ilə müqayisədə 464.906 vahid artıb.
Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 436.770 vahid artaraq 976.692 təşkil edib.
Qeyd edək ki, bu müqavilələrrin bağlanması Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində həyata keçirilir.