BAKI, 9 aprel. TELEQRAF
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Kəlbəcər şəhəri (1-ci faza) üzrə elektrik təchizatı məqsədilə transformator məntəqəsi tikilməsini və eləcə də 35 kV-luq elektrik verilişi xəttinin çəkilməsini təmin edəcək.
Teleqraf xəbər verir ki, bununla bağlı qurum podradçı axtarır. Görüləcək işlərin ehtimal olunan qiyməti 2 milyon 430 min 750 manatdır.
Tenderdə iştirak haqqı isə 1 000 AZN təşkil edir.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi mayın 12-dir. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.