BAKI, 9 aprel. TELEQRAF
Çin hakimiyyəti ABŞ Prezidenti Donald Trampın 104% tariflərinə cavab olaraq qəti tədbirlər görəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.
Teleqraf xəbər verir ki, diplomat Rəsmi Pekinin ölkənin suverenliyini, inkişaf maraqlarını və təhlükəsizliyini pozan hərəkətlərə dözməyəcəyini açıqlayıb.
Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkə və regionun məhsullarına rüsumlar tətbiq ediləcəyini, minimum dərəcəni 10% müəyyən etdiyini açıqlayıb.
Çinə münasibətdə isə tarifləri 34% səviyyəsində təsdiqləyib. Buna cavab olaraq Pekin aprelin 10-dan bütün ABŞ mallarına oxşar məhdudiyyətlər tətbiq etməyi qərar verib. Daha sonra Ağ Evin rəhbəri Çin hakimiyyətinin ABŞ-la ticarət razılaşması əldə edənə qədər bu ölkənin məhsullarına 104% həcmində tariflər tətbiq edəcəyini açıqlayıb.