BAKI, 9 aprel. TELEQRAF
Bu ilin yanvar-mart aylarında Naxçıvanın Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 11.380 şəxs qəbul edilib.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 14.966 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47,7 faiz çoxdur.
Ümumi xidmətlərin 93 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) - Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi, Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması; Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi; Asanİmza sertifikatının verilməsi; Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması; Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi; Vergi ödəyicisinə arayışların verilməsi; Vergi ödəyicisinin fəaliyyətinin bərpası; Fiziki şəxsin uçotdan çıxarılması; Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar təşkil edib.
Qeyd edək ki, yanvar-mart aylarında vergi ödəyicilərinə 319.520 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 25 görüş keçirilib,119 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 782 müraciət üzrə 1.326 Asan İmza sertifikatı verilib.