BAKI, 9 aprel. TELEQRAF
Azərbaycanın yeniyetmə atleti İsa Əliyev Özbəkistanın Çirçiq şəhərində keçirilən ağırlıqqaldırma üzrə “Uzbekistan Open” turnirində gümüş medal qazanıb.
Teleqraf xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan atlet birdən qaldırma hərəkətində 122 kq nəticə göstərərək bu hərəkətdə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Təkanla qaldırmada isə 136 kq ağırlığı başı üzərinə qaldıran Əliyev toplamda 258 kq nəticə ilə turniri 7-ci yerdə başa vurub.