BAKI, 9 aprel. TELEQRAF
Naxçıvanda aktiv vergi ödəyicilərinin və aktiv ƏDV ödəyicilərinin sayı açıqlanıb.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, Muxtar Respublikada aprelin 1-də aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz artaraq 20.192 təşkil edib.
Aktiv ƏDV ödəyicilərinin sayı isə 18,9 faiz artaraq 572 olub. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 7,6 faiz artıb və 6.005 təşkil edib.