BAKI, 9 aprel. TELEQRAF
İran və ABŞ arasında Omanda danışıqlar Amerika administrasiyasının nümayəndələrinin bundan əvvəl bildirdiyi kimi birbaşa deyil, vasitəçiliklə keçiriləcək.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“İran xarici işlər naziri Abbas Əraqçi Omanda ABŞ nümayəndələri ilə dolayı danışıqlarda ali rəhbərin (Əli Xameneyi) göstərişlərini təqdim edəcək”, - prezident bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 7-də Omanda İran və Amerika arasında danışıqların keçiriləcəyini açıqlamışdı. Oman xarici işlər nazirinin vasitəçilik edəcəyi görüş aprelin 12-nə planlaşdırılıb.
Danışıqlarda İran nümayəndə heyətinə Abbas Əraqçi, ABŞ heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edəcək.