BAKI, 9 aprel. TELEQRAF
Bu ilin fevral ayında Azərbaycanda 1 ədəd minik avtomobilinin orta satış qiyməti 39474,30 manat olub.
Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 603 manat və ya 1,5 faiz azdır.
2024-cü ilin fevral ayında 1 ədəd minik avtomobilinin orta satış qiyməti 40078,19 manat olub.
Azərbaycanda 2025-сi ilin yanvar-fevral aylarında 467 ədəd və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 107 ədəd az minik avtomobili istehsal olunub.