BAKI, 9 aprel. TELEQRAF
Paytaxt ərazisində 2 vətəndaşın bank kartlarından ümumilikdə 711 manat maddi vəsaitin oğurlanması barədə polisə məlumatlar daxil olub.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 22 yaşlı R.Vəliyev və 24 yaşlı H.Rzayev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırmalar aparılır.