BAKI, 9 aprel. TELEQRAF

Beş ildən sonra ilk dəfə Əfqanıstandan əmtəə nişanı üçün Rusiya Federasiyasına müraciət daxil olub.

Teleqraf Tass-a istinadən xəbər verir ki, müraciəti qablar, mətbəx ləvazimatları və təzyiqli qazanlar istehsal edən “Misgaran” şirkəti təqdim edib.

Rusiya Patent İdarəsinin (Rospatent) məlumat bazasına əsasən, müraciət 2025-ci il fevralın 26-da daxil olub və yemək və içki hazırlamaq üçün texnika, masa qabları və mətbəx avadanlıqları ilə bağlı məhsul kateqoriyalarını əhatə edir. Şirkətin sənədləri mart ayında baxılmaq üçün qəbul edilib.

Əldə olunan məlumatlara görə, bu, 2020-ci ilin may ayından sonra Əfqanıstandan əmtəə nişanı üçün edilən ilk müraciətdir.

Qeyd edək ki, hazırda "Misgaran" şirkəti öz xidmətlərini rəsmi şəkildə istifadəyə təqdim edib. Şirkət bu barədə rusdilli saytında istifadəçilərə müraciət yerləşdirilib