İğdır-Naxçıvan təbii qaz boru xətti vasitəsilə Naxçıvana qaz verlişinə başlanılıb.

Teleqraf xəbər verir ki, Azərbaycan energetika naziri Pərviz Şahbazov və Türkiyəli həmkarı Alparslan Bayraktar boru xəttini işə salıblar. Prezident İlham Əliyev və həmkarı Rəcəb Tayyib Ərdoğan mərasimə canlı bağlantı ilə qoşulublar.

İllik 500 milyon kubmetr qaz daşıma qabiliyyətinə malik olan xətt Naxçıvanın təbii qaz tələbatını tam şəkildə qarşılayacaq. Beləliklə, "Türk Qapısı" olaraq tanınan Naxçıvanın enerji təchizatı Türkiyə tərəfindən təmin ediləcək.

Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir.

Qeyd edək ki, hazırda muxtar respublikanın illik qaz istehlakı 260-300 milyon kubmetr ətrafındadır. Bu isə mövcud tələbatdan bir qədər azdır. Mühüm infrastruktur layihəsi olan İğdır –Naxçıvan qaz kəmərinin fəaliyyətə başlaması ilə Naxçıvanın “mavi yanacaq”la təchizatında əhəmiyyətli dəyişikliklər baş verəcək. Eyni zamanda, kəmərin işə düşməsi muxtar respublikanın qaz təchizatının şaxələndirilməsinə imkan yaradacaq.

Layihənin idarəçiliyi isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən həyata keçiriləcək.