BAKI, 6 mart. TELEQRAF

"Almaniya Rusiya təbii qazının tədarükünü və ya "Şimal axını 2" qaz kəmərini bərpa etməyi planlaşdırmır".

Teleqraf xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib.

Onun sözlərinə görə, "Şimal axını 2" qaz kəməri sertifikatlaşdırılmayıb.

"Rusiyadan qaz asılılığı yoxdur və yenidən Rusiyadan asılı olmaq, fikrimiz yoxdur", - Hebestreit deyib.