
BAKI, 5 mart. TELEQRAF
Bu ilin yanvar-fevral ayları üzrə Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri məlum olub.
Teleqraf Fonda istinadən xəbər verir ki, dövr ərzində ən çox dövriyyəsi olan şirkət “ABB İnvest İnvestisiya Şirkəti” QSC olub (8,2 milyard manat).
Siyahıda ikinci pillədə 7 milyard manat dövriyyə ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, üçüncü yerdə isə 1,6 milyard manat dövriyyə ilə “Assist Finance İnvestisiya Şirkəti” ASC qərarlaşıb.