
BAKI, 5 mart. TELEQRAF
Bugündən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Binəqədi rayonunun ərazisində "KOB bazar" satış yarmarkası fəaliyyətə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, yarmarkada 50-yə yaxın fermer və istehsalçının kənd təsərrüfatı və qida məhsulları satılır.