BAKI, 6 mart. TELEQRAF

Kanadanın Baş naziri Castin Trüdo ilə ABŞ lideri Donald Tramp arasında tariflərlə bağlı telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

“Kanadadan Castin Trüdo mənə zəng edərək tariflərlə bağlı nə edilə biləcəyini soruşdu. Ona dedim ki, Kanada-Meksika sərhədindən keçən fentanildən çox adam öldü və heç nə məni onun dayandığına inandıra bilmədi. O dedi ki, indi vəziyyət daha yaxşıdır, amma mən hələ də narahatlığın qaldığını dedim. Söhbət bir qədər mehribanlıqla bitdi! Mən ondan Kanadada seçkilərin nə vaxt keçiriləcəyini soruşdum. O, mənə seçkilərin nə vaxt olacağını deyə bilmədi. Sonra anladım ki, o, mövcud problemlərdən hakimiyyətdə qalmaq üçün istifadə etməyə çalışır. "Uğurlar, Castin!" dedim", - Tramp paylaşımında yazıb.

Xatırladaq ki, Tramp Kanada və Meksikadan idxala 25% rüsum tətbiq edib.