
BAKI, 6 mart. TELEQRAF
"ABŞ administrasiyası Ukraynaya yardımın maliyyələşdirilməsini nəzərdən keçirir, ona görə də onun dayandırılması barədə qərar qəbul edilib".
Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə deyib.
"Milli Təhlükəsizlik Şurasından bildirildi ki, Ukrayna üçün maliyyələşməni dayandırıblar və bunu yenidən nəzərdən keçirirlər. Bu, fasilədir", - Levitt brifinq zamanı bildirib.