
BAKI, 5 mart. TELEQRAF
Bu il fevralın 1-nə Naxçıvanda fəaliyyət göstərən banklarda əhalidən cəlb edilmiş müddətli əmanətlərin həcmi 26 milyon 510 min manata çatıb.
Teleqraf xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Naxçıvan İdarəsinin yaydığı məlumatda deyilir ki, bu 1 ay əvvəl ilə müqayisədə 1 milyon 9,9 min manat çoxdur.
Əmanətlərin 93,3 faizi – 24 milyon 729,2 min manatı milli valyutada, 6,7 faizi – 1 milyon 780,8 min manatı isə xarici valyutadadır.