BAKI, 6 mart. TELEQRAF

ABŞ prezidentinin oğlu kiçik Donald Tramp Volodimir Zelenskini psixopat adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində məlumat yayıb.

“Bu adam tam psixopatdır. Görünür, o və dostları kifayət qədər pulumuzu oğurlaya bilmədilər, buna görə də sülhdən danışmaq əvəzinə ukraynalı kişiləri qırğına göndərməyə davam edəcək”, - o yazıb.

Ancaq bir dəqiqə sonra müəllif onu silmək qərarına gəlib.