"Gələcəkdə Türkiyə-Naxçıvan elektrik xətti layhəsinin də uğurla həyata keçiriləcəyinə əminik".

Teleqraf xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində deyib:

"Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP boru xətti layihələri ilə Türkiyə Azərbaycanla birlikdə həm dünyanın petrol təchizatı, həm də Avropanın təbii qaz təchizatı üçün çalışır. Sarsılmaz əlaqələrimizi enerji əlaqələrimizlə daha da gücləndiririk".