
BAKI, 6 mart. TELEQRAF
“Qızıl qübbə” raketdən müdafiə sistemi planlaşdırma mərhələsindədir".
Teleqraf xəbər verir ki, bunu ABŞ Kosmik Qüvvələrinin komandir müavini general Maykl Qutlayn deyib.
Ayın sonuna qədər hərbçilər Ağ Evə hazırlıqların gedişi barədə məlumat verəcəklər.
O əlavə edib ki, Pentaqon daxilindəki bir neçə təşkilat raketdən müdafiə sisteminin hazırlanmasında iştirak edəcək, onların siyahısı, eləcə də gələcək fəaliyyətləri müzakirə olunur. “Qızıl qübbə” orbital raket xəbərdarlığı imkanlarını da əhatə edəcək.
Müzakirələr məxfilik səbəbindən ictimaiyyətə açıqlanmır.