
BAKI, 6 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqton meri Muriel Bouzerə Vaşinqtondan çadır evləri yığışdırmağı əmr edib.
Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" hesabında məlumat verib.
"Biz Vaşinqtonun merini xəbərdar etdik ki, o, şəhərdəki bütün yararsız düşərgələri, xüsusən də Dövlət Departamentinin binası və Ağ Evin yaxınlığında yerləşən gecəqonduları təmizləsin", - Tramp qeyd edib.
Tramp əlavə edib ki, əgər mer bu tapşırığın öhdəsindən gələ bilməsə, onun yerinə hökumət addım atmalı olacaq. Tramp deyib ki, Vaşinqton təmiz və təhlükəsiz şəhər olmalıdır.