BAKI, 6 mart. TELEQRAF

"Fransa Prezidenti Emmanuel Makronun Rusiyaya qarşı aqressiv ritorikası münaqişənin daha da genişlənməsinə gətirib çıxarır".

Teleqraf xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.

Onun sözlərinə görə, Makron Fransanı Rusiya ilə münaqişəyə sürükləyir.

“Bu adam müharibə istəyir. O, situasiyanı qəsdən dramatikləşdirir. Qəsdən hər yerdə Rusiya təhlükəsindən danışır”, - siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Makronun Ukraynaya qoşun yeritmək planları sülhə qarşı cinayətdir.