BAKI, 6 mart. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində Ukraynadakı sülh barədə danışıb.

Teleqraf xəbər verir ki, bu barədə "BFM TV" kanalı məlumat yayıb.

“Sülhə gedən yol Ukraynasız mümkün deyil. Sülh nəyin bahasına olursa olsun, Rusiyanın diktəsi ilə hazırlana və Ukraynanın kapitulyasiyası ilə nəticələnə bilməz”, - Makron deyib.

O, həmçinin sülh müqaviləsinin imzalanmasından dərhal sonra Avropa qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsini mümkün sayıb: “Ukraynada sülhün nə vaxt əldə ediləcəyindən asılı olmayaraq, Avropa dövlətləri özlərini daha yaxşı qorumaq imkanına malik olmalıdır. Biz NATO-ya sadiqik, amma müstəqilliyimizi və ordumuzu gücləndirməliyik. Avropanın gələcəyinə qərar nə Vaşinqtonda, nə də Moskvada verilməlidir”.