
BAKI, 5 mart. TELEQRAF
“Şahdağ”da keçirilən Avrasiya Dağ Kurortları Festivalı çərçivəsində Alyansın üzv dövlətlərinin təlimçiləri arasında xizək yarışı başlayıb.
Teleqraf xəbər verir ki, yarışın keçirilməsinin məqsədi Alyansa daxil olan dövlətlərlə idman sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ölkələr arasında təcrübə mübadiləsi aparmaq və xizək və snoubord idman növlərinə marağı artırmaqdır.
Turnirdə Şahdağ, Özbəkistanın Amirsoy, Qazaxıstanın Şımbulak və Oy Qaraqay, Rusiyanın Roza-Xutor Dağ Kurortlarının 50-ə yaxın xizəkçisi nəhəng slalom disiplini üzrə birincilik uğrunda mübarizə aparırlar.
Yarış 35 yaşa qədər qadınlar arasında , 35 yaşa qədər kişilər arasında , 35 yaşdan yuxarı qadınlar arasında , 35 yaşdan yuxarı kişilə arasında keçirilir.
Yarışın sonunda qaliblər kubok və medallarla təltif edilib, onlara müxtəlif həvəsləndirici hədiyyəllər təqdim olunacaq.