
BAKI, 6 mart. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron bütün Avropa İttifaqını qorumaq üçün ölkənin nüvə silahından istifadə ilə bağlı müzakirə açmağa qərar verdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "BFM TV" kanalı məlumat yayıb.
Makron Fransanın Aİ müttəfiqlərinin nüvə silahından müdafiə və istifadə ilə bağlı strateji debat açacağını bildirib.
"Nə baş verməsindən asılı olmayaraq, nüvə silahından istifadə qərarı həmişə respublika prezidentinin ixtiyarında olacaq", - o vurğulayıb.