BAKI, 5 mart. TELEQRAF

Bu il fevralın 1-nə Naxçıvana kredit qoyuluşunun həcmi 419 milyon 828,6 min manat olub.

Teleqraf xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Naxçıvan İdarəsinin yaydığı məlumatda deyilir ki, bu, ötən ilin sonu ilə müqayisədə 6 milyon 42,7 min manat azdır.

Kredit qoyuluşunda dövlət bankları 29,1 faiz (122,201.1 min manat), özəl banklar 66,3 faiz (278508,6 min manat) və Bank Olmayan Kredit Təşkilatları isə 4,6 faiz (19118,9 min manat) paya malikdir.