
BAKI, 5 mart. TELEQRAF
"İğdır-Naxçıvan təbii qaz boru xətti həm Naxçıvan, həm də İğdır bölgəsinin rifahına, enerji təhlükəsizliyinə təsir göstərəcək".
Teleqraf xəbər verir ki, bunu energetika naziri Pərviz Şazhbazov İğdır-Naxçıvan qaz kəmərinin açılışında deyib.
O bildirib ki, boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir.
Nazirin sözlərinə görə, gələcəkdə layihənin genişləndirilməsi planlaşdırılır:
"Boru kəməri ilə əks istiqamətdə də qaz hərəkət edə bilər. Bu isə Azərbaycan və Türkiyənin tranzit imkanlarını daha da artıracaq".