BAKI, 6 mart. TELEQRAF

"Avropa İttifaqı ABŞ-nin Avropa mallarına tətbiq edəcəyi mümkün tariflərə qarşı tədbirlər hazırlayır, lakin bununla belə Vaşinqtonla dialoqu davam etdirir".

Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Makron qeyd edib ki, ABŞ-nin Kanada və Meksika üçün tariflərlə bağlı qərarı anlaşılmazdır və həm Amerika, həm də Avropa sənayelərinin iqtisadiyyatına mənfi təsir göstərəcək.

“Bu, bizim tərəfimizdən cavabsız qalmayacaq. Avropalı həmkarlarımızla birlikdə əks tədbirlər hazırlayarkən, ABŞ prezidentini razı salmaq üçün səylərimizi davam etdirəcəyik”, - o vurğulayıb.