BAKI, 5 mart. TELEQRAF

Mingəçevir Sənaye Parkında indiyədək 326 milyon manatlıq məhsul satışı həyata keçirilib. Bunun da 84 faizdən çoxu, yəni 276,6 milyon manatlıq hissəsi ixrac edilib.

Bu barədə Teleqraf-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, Sənaye Parkında görülmüş işlərə ümumilikdə 159 milyon manat investisiya yatırılıb, 570 nəfər daimi işlə təmin edilib.

Qeyd edək ki, Sənaye Parkının əsas fəaliyyət istiqaməti tekstil və yüngül sənayenin inkişaf etdirilməsidir. Park Dövlət başçısının 2015-ci il 26 fevral tarixli Fərmanı ilə yaradılıb.