BAKI, 6 mart. TELEQRAF

"Fransa Prezidenti Emmanuel Makronla görüşdə ABŞ-nin imtina etdiyi Ukraynaya Aİ-nin nə üçün dəstəyi davam etdirmək niyyətində olduğunu soruşacam".

Teleqraf xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban görüş öncəsi juralistlərə bildirib.

AB sammitində iştirak üçün Parisə yola düşən Orban hava limanında jurnalistlərə bildirib ki, ABŞ-nin mövqeyini dəyişməsi Ukrayna münaqişəsində ciddi dönüşə səbəb olub.