BAKI, 5 mart. TELEQRAF

2025-ci ilin yanvar-fevral aylarında "Bakı Fond Birjası" QSC-də bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 13 milyard 616 milyon 922,491 min manat təşkil edib.

Teleqraf BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,4 dəfə artaraq 5396 olub.

Korporativ Qiymətli Kağızlar üzrə əqdlərin dəyəri 220,5 milyon manat və ya 69 faiz azalaraq 99 milyon 75,8 milyon manat olub.

BFB-nin dövriyyəsinin artımı repo əməliyyatlarının hesabına olub. Belə ki, dövriyyənin 94,8%-i və yaxud 12 milyard 940 milyon 827,357 min manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3,7 dəfə çoxdur.