
GƏNCƏ, 6 mart. TELEQRAF
Gəncədə doğuş zamanı ölən ana və uşağı ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Gəncə Şəhər Səhiyyə İdarəsindən Teleqraf-ın yerli bürosuna bildirilib ki, saat 05:00 radələrində 1984-cü il təvəllüdlü şəxs ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində Abbas Səhhət adına Xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub.
"30 həftəlik hamilə olan xanım dəqiqləşdirilməmiş tromboemboliya diaqnozu ilə reanimasiyaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb", - deyə məlumatda qeyd olunub.
***
10:02
Bu gün saat 05:00 radələrində 1984-cü il təvəllüdlü şəxs ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 30 həftəlik hamiləlik, dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən şəxsin reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.
***
07:42
Gəncədə qadın doğuş zamanı ölüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 41 yaşlı Z. Y-nın həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.