
BAKI, 6 mart. TELEQRAF
Pentaqonun gizli “Ulduz qapısı” missiyasının iştirakçısı Co Makmoniql telepatiyadan istifadə edərək Marsın qədim sakinlərinin taleyindən xəbər tutduğunu iddia edib.
Teleqraf xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən 1978-ci ildən 1995-ci ilə qədər həyata keçirilən layihə çərçivəsində Makmoniql müəyyən koordinatlarda uzaq yerləri telepatik olaraq kəşf etməli idi.
O, tapşırığı yerinə yetirən zaman qəribə geyimdə "çox uzun və arıq" məxluqların gizləndiyi nəhəng piramida gördüyünü deyib. Daha sonra o, planetin digər ərazilərini təsvir edərək, sümükləri və binaların xarabalıqlarını müşahidə etdiyini bildirib.