
BAKI, 25 fevral. TELEQRAF
2025-ci il sentyabrın 1-dən Azərbaycan və Özbəkistan arasında beynəlxalq yük daşımaları sahəsində elektron “İcazə” blanklarına tam keçid baş tutacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Teleqrafa verilən məlumata görə, “e-Permit sistemi” ilə icazələr elektron qaydada verilib mübadilə ediləcək.
Qeyd edək ki, ilk sınaq daşımaları artıq uğurla həyata keçirilib və proses hər iki ölkədə uğurla davam etdirilir.