BAKI, 24 fevral. TELEQRAF

Bu ilin yanvar ayında 2024-cü ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 4,3 faiz artaraq 154,1 min nəfər olub.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 36,5 faiz, Gürcüstana gedənlərin sayı 15,1 faiz, Türkiyəyə gedənlərin sayı 2,9 faiz artıb, Rusiyaya gedənlərin sayı isə 27,3 faiz azalıb.

Azərbaycan vətəndaşlarının 36,1 faizi Türkiyəyə, 15,4 faizi Rusiya Federasiyasına, 11,7 faizi Gürcüstana, 10,7 faizi İrana, 26,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 67,1 faizini kişilər, 32,9 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,7 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.