
BAKI, 25 fevral. TELEQRAF
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Liman) ona qoşulması formasında yenidən təşkil ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Qeyd edək ki, fərmanla limanın Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqları və öhdəlikləri, habelə əmlakı cəmiyyətin sərəncamına keçir.
Cəmiyyətin yeni nizamnaməsinin və strukturunun üç ay müddətində təsdiqlənməsi Prezident ilə razılaşdırmaqla "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi"nə (AZCON) tapşırılıb.