BAKI, 25 fevral. TELEQRAF
Dolların rubl qarşısında məzənnəsi minimuma düşüb.
Teleqraf xəbər verir ki, beynəlxalq valyuta bazarı “Forex”də USD/RUB cütlüyü 87 rubl həddindən aşağı enib, bu, 9 avqust 2024-cü ildən bəri ilk dəfə baş verib.
“Investing” platformasının məlumatına görə, dollar/rubl cütlüyü 1,28% ucuzlaşaraq 86,6246 rubl təşkil edib.
Rusiyanın banklararası bazarında dollar 1,22% dəyər itirərək 86,68 rubl səviyyəsinə enib. Moskva birjasında martda icra olunacaq dollar fyuçersi 1,09% azalaraq 87,950 rubla düşüb.