BAKI, 25 fevral. TELEQRAF

2025-ci il fevral ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 475.1 milyon manat təşkil edib.

Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ilin yanvar ayının 1-i ilə müqayisədə 5.8% və ya 26 milyon manat çoxdur.

Yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 449,1 milyon manat olub.