BAKI, 25 fevral. TELEQRAF

Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlәt Komitəsi Mənzil İstismar Departamenti məcburi köçkünlər üçün salınmış qəsəbələrdə liftlərə texniki xidmətin göstərilməsi üzrə işlərin satınalınması ilə əlaqədar açıq tender elan edib.

Teleqraf xəbər verir ki, tenderdə 172 ədəd lift üçün xərclənməsi nəzərdə tutulan məbləğin ehtimal olunan qiyməti 201 min 824 manatdır.

Tenderdə iştirak haqqı isə 350 AZN təşkil edir.

Qeyd edək ki, müsabiqə martın 18-ə qədər davam edəcək. Zərflər də həmin gün açılacaq.