BAKI, 25 fevral. TELEQRAF

"BONOPART" MMC, "LADY A" MMC və “NQP Inform” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduqlarını elan ediblər.

Teleqraf xəbər verir ki, kreditorlar şirkətlərlə bağlı olan tələblərini 2 ay ərzində bildirə bilərlər.

Onu da bildirək ki, "OĞUZ-MƏİŞƏT" Açıq Səhmdar Cəmiyyəti də 12 aprel tarixində şirkətin inzibati binasında ləğv olunması ilə əlaqədar Cəmiyyətin Səhmdarlarının növbəti ümumi yığıncağını keçirəcək. İclasda eləcə də cəmiyyətə ləğv prosesi ilə əlaqədar təsviyəçinin təyin edilməsi, ləğv prosesi ilə əlaqədar digər prosedurların həyata keçirilməsi müzakirə ediləcək.