
BAKI, 25 fevral. TELEQRAF
2024-cü ildə tikinti-quraşdırma işlərində istehsalçı qiymətləri ötən illə müqayisədə 1,3 faiz artıb.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, yerüstü tikililər arasında xərclərin artımı istehsal təyinatlı obyektlər və sənaye obyektlərində müşahidə olunub. Hər iki kateqoriyada inşaat işlərində illik bahalaşma 4 faiz təşkil edib. İnzibati tikililərdə isə qiymətlər 2 faiz qalxıb.
Yaşayış evlərinin tikintisi 1 faiz, sosial təyinatlı binalarda isə 0,7 faiz bahalaşıb. 5 mərtəbəyə qədər yaşayış evlərin inşası xərcləri 1,6 faiz, 6 və daha çox mərtəbəli yaşayış evlərin isə 0,9 faiz artıb.
Əlavə olaraq, yol və körpü tikintisi üzrə qiymətlərdə də artım qeydə alınıb. Yol tikintisi ötən il, 2023-cü illə müqayisədə 2 faiz, körpü tikintisi isə 2,5 faiz bahalaşıb.