
BAKI, 25 fevral. TELEQRAF
Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən banklar faizlərdən 377.2 milyon manat gəlir əldə ediblər.
Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ilin ilk ayında bankların faiz xərcləri isə 134.2 milyon manat olub.
Nəticədə, banklar 217,2 milyon manat xalis faiz gəliri əldə ediblər. Faiz gəlirlərinin böyük hissəsi kredit faizlərindən əldə olunub. Kredit götürənlər 1 ayda 294.9 milyon manat faiz ödəyiblər.
Banklar qazandıqları faizlərdən cəmi 100.8 milyon manatını banka depozit yerləşdirənlərə ödəyib.