BAKI, 24 fevral. TELEQRAF

Əhalinin banklara borcu bu ilin yanvar ayında da artıb.

Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ilin ilk ayında bankların ev təsərrüfatlarına ayırdığı kreditin həcmi 116,7 milyon manat olub. Nəticədə, əhalinin banklara olan borcu 16 milyard 475,2 milyon manata (vaxtı keçmiş kreditlər nəzərə alınmadan) çatıb.

2025-ci il fevral ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 29 milyard 325.3 milyon manat təşkil edib. Kreditin 56,1 faizi ev təsərrüfatlarının payına düşüb.