
BAKI, 25 fevral. TELEQRAF
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Teleqraf xəbər verir ki, 2025-ci il fevralın 25-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Türkiyə lirəsi 0,0466 manatadək, avro 1,7804 manatadək ucuzlaşıb.
Rusiyanın 100 rublu isə 1,9373 manatadək bahalaşıb.