
BAKI, 25 fevral. TELEQRAF
Bu ilin yanvar ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb.
Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,902 milyon manat təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 5,845 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,052 milyon manatı POS-terminallar, 3.1 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.
Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 68.5%-ni təşkil edib.