BAKI, 25 fevral. TELEQRAF

Bu ilin fevral ayının 1-nə Azərbaycanın bank sektorunun aktivləri 53 milyard 090.7 milyon manat təşkil edib.

Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin fevral ayının 1-i ilə müqayisədə 7.7% çoxdur. Ötən il fevralın 1-nə bankların aktivləri 49 milyard 296.8 milyon manat idi.