BAKI, 25 fevral. TELEQRAF

2025-cü ilin yanvar ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 96.4 milyon manat daxil olub.

Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvarı ilə müqayisədə 70,1 milyon manat və ya 42 faiz azdır.

Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 51,1 milyon və ya 12 faiz azalaraq 36.3 milyon manat olub.