BAKI 25 fevral. TELEQRAF

2024-cü ildə Türkiyədə ailələrin gündəlik istehlak məhsulları üzrə xərcləri əvvəlki illə müqayisədə 67% artıb.

Teleqraf xəbər verir ki, bu barədə "İpsos"un hesabatında qeyd olunub.

Araşdırmaya əsasən, ailələr xərclərinin böyük hissəsini qida və içkilərə sərf edilir. Hər 100 lirənin 83 lirəsi bu məhsulların alınmasına yönəldilir. Qida kateqoriyasında ən çox qiymət artımı ət və ət məhsullarında, yüngül qəlyanaltılar və içkilərdə qeydə alınıb.

Bundan əlavə alış-veriş tezliyinin də artdığı müşahidə olunub. 2024-cü ildə ailələr həftədə orta hesabla 4, ildə isə 219 dəfə alış-veriş ediblər. Bu, 2023-cü illə müqayisədə 17 dəfə çoxdur. Hər alış-verişdə xərclənən məbləğ təxminən 50% artaraq 229 lirəyə yüksəlib.

Onu da qeyd edək ki, Türkiyədə ailələrin gündəlik istehlak məhsulları xərclərinin artımında inflyasiya və alış-veriş dövriyyəsinin yüksəlməsi əsas rol oynayıb.