BAKI, 24 fevral. TELEQRAF

"Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi" “2025-ci il üçün Mingəçevir şəhərində yolların və səkilərin əsaslı təmir işlərinin” satın alınması ilə əlaqədar açıq tender elan edib.

Teleqraf xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 2 milyon 85 min 857 manatdır.

Təmir işləri şəhərin "Arzu" və "Çuxurlu" küçələrində planlaşdırılıb.

Tenderdə iştirak haqqı isə 1000 manat təşkil edir.

Qeyd edək ki, müsabiqə aprelin 7-dək davam edəcək.